Lənkəranda diş həkimi bıçaqlanıb

Lənkəranda diş həkimi bıçaqlanıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi,1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.

Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un yerli bürosuna bildirilib ki, hadisəni törətməkdə təsdiqli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.