DİN: Oğuzdakı ağır yol qəzasında bir nəfər ölüb, 4-ü xəsarət alıb - YENİLƏNİB

Oğuzdakı ağır yol qəzasında bir nəfər ölüb, 4-ü xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, bu gün axşam saatlarında Oğuz rayonunun Padar kəndi ərazisində “VAZ-2106” və “Toyota” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Oğuz rayon sakini Abbasov İlqar Aydın oğlu aldığı xəsarətlərdən ölüb, iki nəqliyyat vasitəsində xəsarət alan ümumilikdə 4 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

20:17

Oğuz rayonunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuzun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan bir sərnişin hadisə yerində keçinib. Qəza zamanı hər iki avtomobildə olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.