Kürdəmirdə avtomobillər toqquşdu: Xəsarət alanlar var

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Kürdəmir-Ağsu-İmişli yolunda qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 3 nəfər müxtəlif xəsarətlər alıb. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Fakt araşdırılır.