Xətaidə kişi naməlum şəraitdə bıçaqlanıb

Bakının Xətai rayonunda bir nəfər naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində baş verib.

1982-ci il təvəllüdlü Teymur Qara oğlu Mənsimov naməlum vəziyyətdə bıçaqlanıb. O yaralı halda küçədə aşkarlanaraq təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.