Goranboyda piyadanı maşın vurub

Goranboyda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mersedec" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.