Naxçıvanda avtomobil bordürə dəyərək aşıb

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, 75-BH-802 qeydiyyat nişanlı avtomobilin sürücüsü Rafiq Cəlilov idarəetməni itirib, avtomobil yol kənarındakı bordürə dəyərək aşıb.

Hadisə nəticəsində yaralanan sürücü Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.