Tehranda binaların uçması nəticəsində 3 nəfər, 11 nəfər xəsarət alıb

İranın paytaxtında tikilməkdə olan binaların uçması nəticəsində 3 nəfər ölüb, daha 11-i yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Uçan binaların dağıntıları altından bir polis komandiri və bir zabit də daxil olmaqla üç meyit çıxarılıb.

Hadisə təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün qanunsuz tikililərin sökülməsi zamanı baş verib. Ümumilikdə tikintisi davam edən 5 bina dağılıb.

Xilasetmə əməliyyatı davam edir. Dağıntılar altında qalanların ümumi sayı müəyyən edilməyib.