Qazdığı qəbirə düşüb öldü

Ağsu rayonunda başqasına qəbir qazan kişi qazdığı qəbirə yıxılaraq ölüb.
"Sherg.az" Lent.az-a istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
Ağsu rayonunda yerləşən məzarlıqda qəbirqazan işləyən, 54 yaşlı Səməndər Oktay oğlu Şirəliyev qazdığı məzara yıxılaraq ölüb.
İlkin məlumata görə, S.Şirəliyev ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.