Türkiyədə fabrik yanır

Türkiyənin Kocaeli şəhərində yerləşən fabriklərin biri yanır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin Çayırova rayonunun Şəkərpınar bölgəsində qeydə alınıb.

Əraziyə çoxlu yanğınsöndürən cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələlik məlum deyil.