Moskvada “narıncı” hava xəbərdarlığı elan edildi 

Güclü yağış səbəbindən Moskvada hava şəraitinin “narıncı” səviyyəsi elan edilib.

Bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin saytı xəbər verib.

“Bəzi yerlərdə leysan, güclü yağış olacağı gözlənilir”, - deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, xəbərdarlıq müddəti avqustun 21-i saat 00:00-dək davam edəcək.

Qeyd edək ki, “narıncı” səviyyə - hava təhlükəsinin üçüncü səviyyəsidir. Bu səviyyədə təbii fəlakətlərdən əhaliyə və obyektlərə zərər dəyməsi ehtimalı var.