22 yaşında yeriməyi öyrəndi

Hər şey bəsit bir qarın ağrısı ilə başladı

Gerçəyi öyrəndikdə həyatı alt-üst oldu

  Avstarliya bu qızdan danışır. Chloe Spitlanic – yumurtalıqların xərçəngi xəstəliyinə tutulan, lakin əzmi sayəsində xəstəliklə mübarizə apararaq qalib gəlmiş 22 yaşlı gənc qızdır. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, gənc qızda bu xəstəlik ilk baxışda adi görünən qarın ağrılarıyla başlayıb. Bunun özü qarın ağrısının da diqqətə alınmalı olduğunu göstərir. Həzm sistemindəki problem üzündən mədəsində tez-tez ağrılar baş qaldıran Chloe, qarın ağrıları da artdıqda həkimə müraciət edib. Müayinələrin nəticəsi isə gənc qızı şoka salıb. Həyatını alt-üst edib. Ona yumurtalıqların xərçəngi diaqnozu qoyulub. Ona zəng edən həkim yumurtalıqların ətrafında böyük kista olduğunu, lakin böyük ehtimalla bunun xərçəng şişi olduğunu deyib. Gənc qız xəstəxanaya yatırdılıb. Burada da aparılan müayinələr III dərəcəli xərçəng diaqnozunu ortaya çıxarıb. Gənc qız əməliyyat edilib. 3 ay xəstəxanada qalmalı olub. Müalicə kursuna isə həm də fizioterapiya kursu da əlavə edilib, çünki Chloenin ayaqları tutulub, yeriyə bilməyib. Gənc qızın sağalması 3 il çəkib. Chloe nəhayət ki, öz əzmi sayəsində ayağa qalxa, addımlaya bilib. Gənc qız qadınları sağlamlıqlarına biganə qalmamağa, problem varsa, mütləq, vaxt itirmədən həkimə müraciət etməyə səsləyib. Yumurtalıq xərçəngi özünü gec büruzə verməsi səbəbindən “səssiz qatil” adlandırılır. Bu xəstəliyə tutulanların 72 faizində hansısa əlamətlər özünü göstərir. Onkoloq-həkim Barbara Goff yumurtalıqların xərçəngi xəstəliyinin 6 əlamətini qeyd edib: şişkinlik, qarnın ölçülərində böyümə, tez doymaq hissi, yemək yeyərkən çətinlik çəkmək, qarın ağrısı və çanaq hissədə ağrılar.