Nizami rayonunda yolu keçən qadını avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil Qara Qarayev prospektində yolu keçən 1987-ci il təvəllüdlü İsmayılova Aypara Səlim qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.