Şahdağa qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 9-u saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən Trend-ə verilən xəbərə görə, Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.