Türkiyənin Çanaqqala vilayətində meşə yanğını baş verib


Türkiyənin Çanaqqala vilayətində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın Gelibolu rayonunda əkinçilik sahəsində baş verib. Daha sonra yanğın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadasının komandanlığının ərazisindəki meşəlik əraziyə keçib.

Yanğınların söndürülməsi üçün 3 helikopter və iki yanğınsöndürən təyyarə cəlb olunub. Yanğın qismən nəzarət altına alınıb.