Goranboyda yeniyetmə qız dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini 2006-cı il təvəllüdlü X.Əliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.


17 yaşlı yeniyetmə qız xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyərinin kafi olduğu bildirilir.