Ankarada terrorçu özünü partladıb, polis əməkdaşları yaralanıb + YENİLƏNİB-2

Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib.

11:25

Bu gün səhər saatlarında Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısında iki terrorçu bombalı hücum həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

Məlumata görə, hadisə zamanı 2 polis xəsarət alıb.

Partlayışdan əvvəl 4 atəş səsinin eşidildiyi bildirilir.

11:10

Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib, yaralı var.

"Report" bu barədə "CNN Türk"ə istinadən xəbər verir.

Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası gəlib.

Partlayışdan əvvəl atışma olduğu barədə məlumat yayılıb.

Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.