Konqresdə İlham Əliyevə sürpriz edildi 

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində maraqlı hadisə baş verib.

Axar.az xəbər verir ki, Beynəlxalq Astronavtika federasiyasının prezidenti Kley Mouri Azərbaycan Prezidenti İlham Əliyevə ümummilli lider Heydər Əliyevin fotosunu təqdim edib.

Həmin foto 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində çəkilib. Həmin tədbirdə İlham Əliyevin də iştirak etdiyi görünür.

Bildirilib ki, foto Beynəlxalq Kosmik Stansiyaya da göndərilib və Yerə geri qaytarılıb.