İmişlidə "Mercedes" traktorla toqquşub

İmişlinin Çaxırlı kəndində ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili traktorla toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücü ağır xəsarət alıb, sərnişin Çingiz Ağayev isə hadisə yerində ölüb.

Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.