İşğal dövründə Qarabağda narkotik becərilməsi ilə bağlı cinayət işləri açılıb

"Qarabağın işğalı dövründə narkotikin becərilməsi ilə bağlı cinayət işləri açılıb".

"Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyev deyib.

O bildirib ki, Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağın bütün ərazisində müvafiq yoxlama işləri həyata keçirilir: "Ümumilikdə 30 hektar sahədə narkotik plantasiyası aşkarlanıb: "Bir plantasiya Ağdamda, ikisi isə Xocalıda aşkarlanıb. İşlərimiz davam edir. Əsas məqsəd təhlükəsizliyi tam təmin etməkdir".