Goranboyda kürəkən qayınanasını və arvadını bıçaqlayıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Pərvanə Yolçuyeva və onun anası 1966-cı il təvəllüdlü Siyatel Əliyeva bıçaqlanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Məlumata görə, hər iki şəxsi ailənin kürəkəni, Nihat adlı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.