İki üzlü doğuldu: Qan donduran hekayə


 Tarixdə fiziki qüsurlarla doğulmuş insanlar çoxdur. Bəzisi bir əldə 6, hətta 10 barmaqla, bəzisi 3 ayaqla, hətta quyruqlu doğulanlar, bir-birinə bitişik dünyaya gələnlər olub. Belə anomaliyalar adətən cift əkiz olduqda yaşanır. Əkizlərdən biri digərinin hansısa hissəsini özündə daşıyır. Eden Edvard Mordake isə dünyaya iki üzlü gəlib. Onun həyatı haqqında çox az məlumat var, lakin yaşadıqları və həyatının sonu qan dondurucudur. "Sherg.az” “Akşam.com.tr”yə istinadən bildirir ki, Edvard İngiltərədə anadan olub. Doğulduğu zaman valideynlərini heyrətə düşürənsə, uşağın ön sifətindən əlavə, başının arxasında da üzünün olması idi. Arxadakı bu üz öndəkinə bənzəyirdi, amma ölçüsü kiçik idi. Başının arxasında da üzünün olması onu qorxunc göstərirdi, bu səbəbdən də küçədəki uşaqlar onunla oynamırdı. Uşaq ikən bunun fərqində olmayan Edvard böyüdükcə fiziki qüsurundan narahat olmağa başlayıb. Başının arxasındakı ikinci üzünü qorxunc göstərən Eden gülərkən gülməsi, ağlayarkən ağlaması idi. Edvard həkimlərə müraciət edib, lakin heç bir həkim onu bu ağır yükdən xilas etməyə razılaşmayıb. Bu da Edvardın cəmiyyətdən təcrid olunmasına gətirib çıxarıb. Edvard öz bədbəxtliyinə 23 yaşına kimi tab gətirə bilib. Edvard 23 yaşında intihar edərək əzablarına son qoyub. Edvardın ölümündən sonrakı “həyatı” isə daha maraqlıdır. Onun iki üzlüyü bir neçə əsərə mövzu olub, sənətkarlar əsərlərində onu canlandırıb, Edvard filmlərə ssenari olub. Məşhur ifaçı Tom Veyts “Poor Edvard” mahnısını Edvard Mordakenin xatirəsinə yazıb. “American Horror Story”də də Edvardın həyatına yer verilib. Məşhur əsər “Harry Potter”in yazarı J.K.Roulinq Fəlsəfə Daşında Voldemortu başının arxasında yaşadan professor Quirrellinin surətini Edvard Mordakenin obrazında yaradıb.