İlin sonuncu Günəş tutulması başa çatıb - YENİLƏNİB

2023-cü ilin sonuncu Günəş tutulması başa çatıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sherg.az- a verilən məlumata görə, tutulma halqavari Günəş tutulması olub.

Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamayıb və Ayın ətrafında parlaq halqa yaranıb.

Tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 19:03:45-də başlayıb və oktyabrın 15-də saat 00:55:11-də sona çatıb.

Tutulmanın maksimumu saat 21:59:27-də olub. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edib. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayıb və 23:48:56-da qurtarıb. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edib.

Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunub. Təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayıb.