Şabranda 2 balıqçı dənizə düşüb, onlardan biri boğulub

Şabranda iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.

Trend-in məlumatına görə, onlardan biri xilas ola bilsə də Şabran şəhər sakini 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.