İrəvanda atışma: prokuror güllələndi?

İrəvanda məhkəmə binasının həyətində silahlı atışma baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.

"Ajapnyak rayon məhkəməsinin binasının həyətində atışma olması barədə məlumat daxil olub. Faktla bağlı "Öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb. Bir nəfər yardım üçün tibb müəssisəsinə müraciət edib", - o bildirib.

Abramyan qeyd edib ki, hadisə yerində istintaq qrupu işləyir.

“Həyətdə dayanmış dövlət nömrə nişanlı avtomobildə güllə izləri tapılıb”, - deyə Abrahamyan bildirib.

O, atışma zamanı prokurorun yaralanması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.