Göygöldə 24 yaşlı gənc intihar edib

Göygöldə 24 yaşlı gənc intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 1999-cu il təvəllüdlü F.Kərimli özünü yaşadığı evin həyətində asıb.

İntiharın səbəbləri hələ məlum deyil.

Qeyd edək ki, mərhumun atası İlham Kərimov Ucar və Ağstafa Rayon Polis Şöbələrində rəis müavini olub. O, hazırda Gədəbəy Rayon Polis Şöbəsində təhqiqatçıdır.