Şəmkirdə maşın aşıb, 3 nəfər xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunda, rayonun Qasımalılar kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ " markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.