Tovuzda 26 yaşlı gənc özünü güllələdi

Tovuzda ov tüfəngi ilə özünəxəsarət yetirmə faktı araşdırılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Bakupost.az -a cavab olaraq bildirilib.

Qeyd edilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.