Tovuzda 5 nəfər ehtiyatsızlıqdan su kanalına düşüb

Tovuz rayonunda beş nəfər yerli sakin ehtiyatsızlıqdan su kanalına düşərək xəsarətlər alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düz Cırdaxan kənd ərazisində qeydə alınıb.

Belə ki, su kanalı üzərində olan bənddən keçmək istəyən 5 şəxs ehtiyatsızlıqdan kanala düşüblər.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.