Metropolitenin "Xalqlar dostluğu" stansiyasında qatarda problem yaranıb

Bakı metropolitenində "Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında olarkən qapılardan biri ilə bağlı problem yaranıb.
“APA-Economics” xəbər verir ki, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
Məlumata görə, təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb. Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.