Taksi sürücüsü ilə xanım sərnişin arasında GƏRGİNLİK: Qadını "əsir" götürdü - VİDEO + YENİLƏNİB

Bakıda taksi sürücüsü ilə xanım sərnişin arasında yaşanan gərginlik barədə xəbər vermişdik.
Sfera.az-a DİN-dən bildirilib ki, hadisədən məlumatlıdırlar. Araşdırma aparılır. Araşdırmaların nəticəsinə əsasən məlumat veriləcək.

12:33
Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında ödəniş üstündə gərginlik yaşanıb.
Sfera.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.
Videodan aydın olur ki, yaşadığı ünvana çatan sərnişin ödəniş edə bilmir. Sürücüyə xəstəxanadan gəldiyini və evdən pul götürüb verə biləcəyini deyir. Sürücü isə qapını bağlayaraq xanımın enməsinə icazə vermir və pulu ödəməsini tələb edir. 
Hadisə ilə bağlı görüntüləri təqdim edirik: