Sabirabadda 6 yaşlı uşağı avtomobil vurub

Sabirabadda avtomobil 6 yaşlı uşağı vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.
“Toyota Prado” markalı avtomobl yolda qaçan 2017-ci il təvəllüdlü Rəhimli Nuray Vaqif qızını vurub. Ağır xəsarətlər alan uşaq əvvəlcə Sabirabad xəstəxanasına və daha sonra Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.