Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb, 27 nəfər xəsarət alıb, ölən var - FOTO - VİDEO - YENİLƏNİB-1

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 27 nəfər yerləşdirilib.
TƏBİB-dən APA-ya verilən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 21 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Əlavə məlumat veriləcək.

14:24
TƏBİB Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumat açıqlayıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb.
Digər şəxslərin ümumi müayinələri davam etdirilir.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində xəsarət alaraq ölən şəxs 1958-ci il təvəllüdlü Məmmədova Sarıtel Abbasəli qızıdır.

Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib.
14.00
Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.
Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb.
Yas mərasimi olan ev köhnə tikili olduğundan evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.