Kürdəmirdə 25 yaşlı oğlanın tövlədə asılmış meyiti aşkar edilib

Kürdəmirdə 25 yaşlı oğlan evində ölü tapılıb.
APA xəbər verir ki, Şilyan kənd sakini, 1998-ci il təvəllüdlü Xəyal Kərimov ötən gün evinin tövləsində asılmış vəziyyətdə qardaşı tərəfindən aşkarlanıb.
Onun intihar etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.