Azad olunmuş ərazilərdə hər yerdə minalar aşkarlanıb - Rüfət Məmmədov

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hər yerdə minalar aşkarlanıb.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov ANAMA tərəfindən təşkil olunan "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr" mövzusunda 2-ci beynəlxalq texniki konfransda çıxışında deyib.
"İşğaldan azad olunmuş bütün ərazilərdə - istər keçmiş yaşayış məntəqələri olsun, istərsə kənd təsərrüfatı yerləri, məzarlıq, mədəni və qeyri-abidələrdə - mina və partlayıcı hərbi sursatlar aşkarlamışıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu keçmiş sakinlərin bu rayonlara qayıdışı, eləcə də onların reabilitasiyası və inkişafı üçün ciddi maneədir.

"Azərbaycan hökuməti minatəmizləməni özünün əsas prioritetlərinə aid edir", - deyə R.Məmmədov əlavə edib.

Qeyd edək ki, Azərbaycanın ev sahibliyi etdiyi 2-ci beynəlxalq texniki konfransda, dünyanın 25 ölkəsindən minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, əməliyyat və istehsalçı şirkətlərin 100-dən yuxarı nümayəndəsi, eləcə də hökumət rəsmiləri, dövlət qurumları və ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.