Bağlı qalan 23 cinayətin üstü açılıb - DİN

Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 183, o cümlədən, borclu şəxs qismində axtarışda olan 145 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 44 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.