Goranboyda nənə və nəvə yol qəzasında xəsarət alıb

Goranboy rayonununda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Safikürd kəndində "Mercedes" markalı avtomobilin digər minik avtomobililə toqquşması nəticəsində 1956-cı il təvəllüdlü G.Aslanova və azyaşlı nəvəsi xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.