Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib

Cəlilabad rayonunun Uzuntəpə kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi "Vaz 21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.