Qazaxda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Bu gün saat 20:30 radələrində Qazax rayon Daş Salahlı kəndi ərazisində piyada Təvəkkül Musayev sərxoş halda yolu keçmək istəyərkən hərəkətdə olan “VAZ 21099” markalı avtomobilin yan güzgüsünə dəyib daha sonra arxadan gələn “Mercedes” markalı avtomobil tərəfindən vurulub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.