Sumqayıtda qadın kirayə qaldığı evdə özünə xəsarət yetirib

Sumqayıtda qadın özünə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Rəqsanə Novruz qızı Həbibova kirayə yaşadığı mənzilin ev sahibi ilə aralarında baş vermiş münaqişə zəminində ülgüclə qolunu kəsərək intihara cəhd edib.

O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.