Şuşa yolunda dəhşətli qəza - ölən və yaralanan var

Şuşa yolunda betonqarışdıran avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və yaralanan var.

Sherg.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.