Külək Gəncədə yaşayış binasının dam örtüyünü aşırıb - YENİLƏNİB

Güclü külək Gəncədə doqquzmərtəbəli yaşayış binasının dam örtüyünü aşırıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Nəticədə bir neçə avtomobilə ziyan dəyib.

Bundan başqa şəhərin digər ərazilərində bir neçə ağac avtomobilərin üzərinə aşıb.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

***

Saat 19:17

Güclü külək Gəncədə fəsadlar törədib.

APA-nın yerli bürosu xəbər verir ki, Gəncənin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb, bir neçə yerdə ağaclar aşıb. Həmçinin, külək Gəncənin mərkəzi meydanında Yeni il bayramı ilə əlaqədar quraşdırılan şam ağacını aşırıb. Xəsarət alan olmayıb.