Şəmkirdə dülgər sexi yanıb

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini 1960-cıi il təvəllüdlü Vaqif Musayeva məxsus ümumi sahəsi 70 kv.metr olan dülgər sexində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yanğın zamanı dülgər sexinin yanar konstruksiyaları və içərisində olan alətlər yanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.