Müəllim şagirdi xilas etdi

Nəfəs borusunda yemək tikəsi qaldı

Bir şey yeyərkən çörək qırığı, ya da bir tikənin nəfəs borusuna qaçması halları hamıda baş verir. Bu zaman öskürək, nəfəs darlığı, asqırmaq kimi hallar yaşanır. Bəzənsə bu cür hallar hətta ölümlə də nəticələnə bilir. Boğazında peçenye qırığı qalan uşaqlar arasında ölüm hallarına da təəssüf ki rast gəlinir. Bu, yemək qırığının qida borusuna deyil, nəfəs borusuna qaçması halıdır ki zamanında müdaxilə edilməzsə, fəsadları ağır ola bilər. Türkiyənin Qaziantep şəhərində Münifpaşa orta məktəbinin direktoru şagirdlərdən birini ölümdən xilas edib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, tənəffüs zamanı 5-ci siniz şagirdi Muhəmməd Fatih İsmayılın nəfəs borusuna yemək qaçıb. Şagirdin öskürdüyünü, çırpındığını görən müəllimlər təlaşa düşüb.  Səs-küyə gələn məktəb direktoru Cengiz Temiz şagirdə cəld Heymlix üsulunu tətbiq edib. Bununla da şagird xilas edilib. Həmin anlar  mıktəb kamerası tərəfindən qeydə alınıb. 
Mütəxəssislər bildirir ki, nəfəs borusuna yad bur cism düşdükdə onu kənarlaşdırmaq üçün ilkin tbbi yardım tətbiq edilməlidir. Bunun ən sadə yolu Heymlix üsuludur. Üsul adını alman alimindən alıb. Üsulun tətbiqi zamanı bir nəfər nəfəs borusuna yad cisim qaçmış adamın arxasında dayanmalı və onun bədənini qurşaqdan irəliyə doğru əyməli, bir əlinin barmaqlarını yumruq şəklində bükərək kürəyin ortasına yumruq vurmalı, ya da bir əlini adamın sinəsində saxlayaraq, digər əlinin barmaqlarını isə yenə yumruq kimi yumaraq göbəyin yuxarısına azca sərt hərəkətlə basmalıdır. Bu zaman nəfəs borusuna düşmüş cisim oradan kənarlaşır, insanın nəfəsalması normallaşır. Nəfəs borusu tıxandıqda, beyinə lazımi miqdaqda oksigen çatmadığı üçün insan iflic də ola bilər. Bu üsulun necə tətbiq olunduğunu körpəsi olan anaların bilməsi də vacibdir.