Babək prospektində biabırçılıq: Sürücü sərnişinləri avtobusdan düşürdü

50 saylı marşrut üzrə hərəkət edən sərnişin avtobusu axşam saat 18:15 radələrində Babək prospektində xarab olub. Sürücü mühərrikin işləmədiyini söyləyərək sərnişinləri avtobusdan düşürüb. 


Arxadan gələn avtobusa minməyi "məsləhət" görüb. Həmin saatlarda avtobuslar dolu olur. Düşünülən sərnişinlər bir neçə avtobus keçib,getdikdən sonra bir təhər başqa bir avtobusa, basa-basla nəhayət ki minə biliblər. Sürücünün etiraz edən sərnişinlərə cavabı isə "neyləyim, mühərrik xarabdı, dispetçer demişəm, avtobus göndərsin", olub. Avtobusun xarab olub,dayandığı yer "Xalqlar dostluğu" metrostansiyasından 5 dəqiqəlik məsafədədir. Həmin məntəqəyə yaxınlaşan avtobuslara orada saxlamayıb, yolda qalan sərnişinləri götürmək tapşırığı vermək bu qədərmi çətindir, yoxsa ağılları yetmir buna? Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, xarab, istifadə müddəti bitmiş, "dranqulet" avtobusları istifadədən çıxarın, insanlar yolda qalmasın, soyuq havada.