“Elmlər Akademiaysı” stansiyası önündə avtobus yandı - FOTO

Bu gün səhər 11:20 dəqiqədə Hüseyn Cavid prospektində “Bakubus” şirkətinə məxsus avtobusda yanğın baş verib. 


“Sherg.az”ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Hüseyn Cavid prospektində, metronun “Elmlər Akademiaysı” stansiyası önündəki avtobus dayanacağına çatmamış avtobusun mühərrik hissəsində güvclü yanğın baş verib. Sürücü cəld tərpənərək sərnişinlərə avtobusdan düməyə çağırış edib. Hadisə yerinə Yasamal rayon Yanğından Mühafizə Xidməti, yol polisi əməkdşaları cəlb edilib. Qısa müddətdə yanğın söndürülüb. Lakin avtobus uzun müddət hərəkət yolunun ortasında qaldığından yolda tıxac yaranıb.