Çimərlik qırmızı yosunlarla örtüldü: Sakinlər qorxulu anlar yaşadılar...

Türkiyənin Tekirdağ bölgəsinin Süleymanpaşa rayonunda güclü külək səbəbindən çimərliyin bir hissəsi qırmızı yosunlarla örtülüb.

Dünən əsən güclü küləyin yaratdığı dalğalar yosunları və bəzi tullantıları sahilə sürükləyib. Çimərliyin bəzi ərazilərində qırmızı yosunlar yığılıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Tekirdağ Namık Kamal Universiteti Mühəndislik Fakültəsi Dekanı Prof. Dr. Lokman Hakan Tecer sahillərdə zaman-zaman qırmızı yosunların göründüyünü bildirib.

Qırmızı yosunların ətraf mühitin hər hansı bir çirklənməsindən qaynaqlanmadığını bildirən Tecer, "Cənub-qərb küləyi ilə dəniz yosunları sahildə yuyulduqda yosun çöküntüsü əmələ gəlir. Görünüş heç bir ətraf mühitin çirklənməsindən qaynaqlanmır. Narahat olacaq bir şey yoxdur. Zaman keçdikcə yosunlar yenidən dənizdə yox olur”-deyə bildirib.
Tekirdağ Süleymanpaşa Su Məhsulları Kooperativ Başçısı İbrahim Pehlivanoğlu da yosun görənlərə qorxulu bir şey olmadığını ifadə edib:
"Yosunların çirklənmədən qaynaqlandığını düşünənlər var, amma belə deyil. Güclü cənub küləyinin təsiri ilə dənizdəki yosunlar sahilə çıxıb. Bunlar heç bir çirklənmədən qaynaqlanmır. Bir müddət sonra ya özləri gedəcəklər, ya da bələdiyyə qrupları tərəfindən təmizlənəcəklər”.