Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti açıqlanıb

Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 1 nəfər (qadın cinsli) xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir.