Paytaxtda ötən il 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub

Ötən il 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurluğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 76,6 faizinin (33 milyon 748 min 928 manat) ödətdirilməsi təmin olunub.