Bakıda sərnişin avtobusu təhlükə saçdı – VİDEO

Paytaxt küçələri ilə burnu yerə dəyən sərnişin avtobusu hərəkət edir.
Globalinfo.az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Yayımlanan videodan görünür ki, Cavadxan küçəsi, 1 – Masazır marşrutu üzrə hərəkət edən 525 saylı sərnişin avtobusu tamamilə sağ tərəfə əyilmiş vəziyyətdə hərəkət edir ki, bu da sərnişinlərin həyatı üçün təhlükə deməkdir. Sosial şəbəkə istifadəçiləri də sərnişin avtobusunun bu cür məsuliyyətsiz şəkildə idarə olunmasından narazılıqlarını bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlik rəsmisi Oxu.Az-a bildirdi ki, məsələ araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.