Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri həbs edilib.
APA xəbər verir ki, Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Rüfət Hacıyev saxlanılıb.

O, rüşvət almaqda təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci ( rüşvət almaq) maddəsi ilə ittiham verilib. Müstəntiqin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə qətimkan tədbiri seçilib.